Ayaz Arabaçının paylaşdığı şəklə, şair təxəyyülü... - Afaq Şıxlı

Ayaz Arabaçının paylaşdığı şəklə, şair təxəyyülü... - Afaq Şıxlı
 

Şəkil qoymadı yatam –
Bir uçuq koma gördüm.
Yörəsində bir ata,
Dərdi bir qoma gördüm.

Könlü yanmış odamı –
Çöp evin daş adamı.
Çatmı veribdir damı?
Mən dama-dama gördüm.

Suvaqsız üç divarı,
Çiy kərpiçdən buxarı.
Baxımsız arzuları
Yetməmiş kama gördüm.

Darısı yox əkməyə,
Ayranı yox tökməyə.
Pərdəsi yox çəkməyə
Şüşəyə, cama gördüm.

Bəxti özünü söymiş...
Bacasını yel döymüş.
Dünya elə "böyümüş"
Baxmır adama, gördüm!

"Paralel.az"

0.042413949966431