Hardasan? (Nəsimiyə xitabən) - Allahverdi Kərimoğlu
Ürəklərdə vardır yerin, sən ey Nəsimi, hardasan?
Dillərdə əzbər əsərin, sən ey Nəsimi, hardasan?
Sığdımı cılız bədənə,söylədiyin Ərş ilə.Fərş?
Haqqı bürüyüb kəfənə, sən ey Nəsimi, hardasan?
Qanan qandı, haqqın səsin, sən ucaldın yerdən göyə,
Kəs qanmazın, kəs kəlməsin, sən ey Nəsimi, hardasan?
Dolanırsan ruhu-rəvan, söz-söhbətin dil-ağızda,
Şəfəq saçır, nuri-ziyan, sən ey Həsimi, hardasan?
Oyatdın hər qəlbdə həvəs,bəslədim rəğbət qəzələ,
Ta çalışdım oldu əbəs, sən ey Nəsimi, hardasan?
Ruhun yetər hər bir kəsə, əqli başda olsa kamil,
Rəvanc vernən bu həvəsə sən ey Nəsimi, hardasan?
Oyan ey qəflətdə yatan, KƏRİMOĞLU, haqqa tapın,
Haqq deyibən, haqqı tapan, sən ey Nəsimi, hardasan?