MİQ və DİQ imtahanlarını bəlkə DİM aparsın - dos. İlham Əhmədov -VİDEO

MİQ və DİQ imtahanlarını bəlkə DİM aparsın - dos. İlham Əhmədov -VİDEO
 

MİQ imtahanlarının təşkilində yol verilən nöqsanlara görə müəllimlərin narazılığını tez-tez müşahidə edirik. Bu ərəfədə də dil və ədəbiyyat müəllimləri öz narazılıqlarını kütləvi şəkildə bildirdilər. Şikayətlər hər dəfə sualların səhv olması, ayrılan vaxtın yetərli olmaması, sualların xeyli vaxt tələb etməsi v.s. səbəblərdən yaranır. Bu haqda şərh bölməsindəki videoya baxmaq olar. 

Sosial şəbəkələrdəki müzakirələrdə
getdikcə daha çox müəllimlər MİQ, DİQ, sertifikasiya imtahanlarının da DİM tərəfindən aparılmasını təklif edir. Nazirlər Kabineti bu təklif haqqında fikirlışsə yaxşı olardı.
DİM ETN-dən fərqli olaraq ixtisaslaşmış, təcrübəli, peşəkarlardan ibarət komandadır. Onların MİQ, DİQ v.s. imtahanları aparması həm qüsursuz, həm də daha obyektiv olardı.
ETN isə bu işlərə vaxt itirməz, əsas diqqətini imtahanlara yox, öyrətməyə, keyfiyyətli müəllim və dərsliklər hazırlamağa, elmin və təhsilin inteqrasiyası əsasında təhsilin inkişafına, tədqiqat universitetlərinin yaradılmasına, elmin kommersiyalaşmasına xüsusən də ölkə universitetlərin inkişafına yönəldərdi.
Ən əsası, ETN bu halda, bəlkə özünə əsasnamə hazırlamağa da vaxt tapardı.

"Paralel.az"

 

 

0.014989852905273