İctimai Televiziya "Milyonların şousu" verilişilə insanların əsəbi ilə oynayır

İctimai Televiziya
 

Bir neçə vaxtdır ki, İTV-də həftənin şənbə günləri axşam "Milyonların şousu: kim zəngin olmaq istəyir" verilişinə baxıram.

Açıq deyim ki, Azərbaycan televiziyalarına çox az halda baxıram. Çünki verilişlər müasir tələblərə cavab vermir, real hadisələr ekranda göstərilmir.

Bu gün, dünən saat 21-də yarımçıq qalmış veriliş davam etdirilirdi.

Artıq saat 23:15 keçib, ötən 2 saat ərzində veriliş 4 dəfə kəsilib və arada 20-25 dəqiqə reklamlar verilir.

Bu hal insanı təbii olaraq əsəbləşdirir, verilişin dadını qaçırır və televiziyanı hörmətdən salır.

İTV rəhbərliyi bunları nəzərə almalı və insanların əsəblərilə oynamamalıdır.

Hörmətlə: Tamaşaçı.

0.056838989257812