Türkiyədən mühüm NATO açıqlaması: Bu, təkcə bizim işimiz deyil

Türkiyədən mühüm NATO açıqlaması: Bu, təkcə bizim işimiz deyil
 

“NATO-nun ikinci böyük ordusu kimi, Türkiyə alyansın genişlənməsini dünyada davamlı sülh və sabitliyin açarı olduğuna inanır".

Paralel.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələr Ofisinin rəhbəri Fahrettin Altun "Middle East Eye" nəşrinə yazdığı məqaləsində qeyd edib.

"İsveçin terrorla mübarizə siyasəti ilə bağlı qanuni narahatlığımızın müttəfiqlərimiz tərəfindən qəbul edilməsindən məmnunuq. Genişlənmə prosesində üzv dövlətlərin təhdidlərin qəbulunu nəzərə almasını təmin etmək təkcə Türkiyənin deyil, NATO-nun da məsuliyyətidir. Türkiyə güclü tərəfdaş olmağa davam edəcək və milli təhlükəsizlik tələblərimizə uyğun olaraq ümumi təhlükəsizlik problemlərini həll etmək üçün ittifaqı irəliyə aparacaq”, - o bildirib.

0.012737989425659