Beyləqan şəhərinin abadlığı üçün ayrılan büdcə pulları mənimsənilir... - Şikayət

Beyləqan şəhərinin abadlığı üçün ayrılan büdcə pulları mənimsənilir... - Şikayət
 

Elektron poçtumuza Beyləqan şəhərindən şikayət məktubu daxil olub.

Şikayətçi məktubunda qeyd edir ki, hər il Beyləqan şəhərinin küçə və parklarını abadlaşdırmaq məqsədilə dövlət büdcəsindən 500-600 min manat civarında pul ayrılır.

Lakin dövlət büdcəsindən ayrılan bu qədər pul icra hakimiyyətinin başçısı Asif Ağayevin xeyir-duası ilə RİH-in şəhər üzrə nümayəndəsi ilə Komunal Xidmət Kombinatı (KXK) rəhbərləri arasında saxta tərtib olunan sənədlər əsasında mənimsənilir.

Şikayətçi qeyd edir ki, pulun yalnız 30 faizi təyinatı üzrə xərclənir, yerdə qalan 60 faizi icra başçısı,10 faizi isə Beyləqan şəhər ərazi nümayəndəsinə və Kommunal idarəsinin (KXK) müdrinə çatır.

Son illər ölkə prezidenti cənab İlham Əliyev bir neçə dəfə Beyləqan şəhərinə gəlib və hər dəfə gələndə də rayonda tikinti-abadlığı üçün pul ayırıb. Amma təəssüf ki, həmin pullar təyinatı ezrə xərclənməyib, icra başçısı tərəfindən mənimsənilib.

Mirdaməd

0.01793098449707