“Qalatasaray”dan yeni transfer

“Qalatasaray”dan yeni transfer
 

“Qalatasaray” növbəti transferini rəsmiləşdirib.

Paralel.az ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Brentford”dan Halil Dervişoğlunu transfer edib.

Türkiyə millisinin 23 yaşlı hücumçusunun transferi üçün 500 min avro ödənilib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, Rotterdam “Sparta”sının yetirməsi olan Halil 2020-ci ildə “Brentford”a transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib. O, “Tvente”, “Börnli” və “Qalatasaray”da icarədə oynayıb.

0.014204978942871