“Titanik”in rejissoru “Titan” faciəsi haqqında film çəkmək istəyir

“Titanik”in rejissoru “Titan” faciəsi haqqında film çəkmək istəyir
 

Əfsanəvi “Titanik” filminin rejissoru Ceyms Kemeron “Titan” sualtı aparatının faciəsini lentə almaq istəyir.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, faciəni öyrənmək üçün rejissora kifayət qədər vaxt və pul ayrılacaq.

Bildirilir ki, aktyorlar Mett Deymon və Kumeyl Nancaninin baş rollarda çəkilməsi planlaşdırılır.

Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və göyərtədəki 5 nəfər ölüb.

0.01478910446167