İranda 40 min insan intihar edib – Rəsmi

İranda 40 min insan intihar edib – Rəsmi
 

Son 10 ildə İranda 40 min insan intihar edərək həyatına son qoyub.

Paralel.az xəbər verir ki, bu barədə "Etimad" qəzetinin İranda intihar edənlərlə bağlı dərc etdiyi statistik məlumatlarda bildirilib.

Statistikaya əsasən, 2016-cı ildən 2020-ci ilədək hər il orta hesabla 4 min 183 nəfər özünü öldürüb.

İnsan haqları təşkilatları bunun real rəqəmi əks etdirmədiyini, intihar hallarının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.

Qeyd edək ki, bir müddət öncə İran Səhiyyə Nazirliyi və müstəqil psixoloqlar İran vətəndaşlarının ortalama 25-30 faizində psixoloji problemlərin olduğunu bildiriblər.

0.01242208480835