Bu yolla təhsili qaldırmaq çətindir-Dos. İlham Əhmədov
Təhsildə beyin mərkəzlərinə ciddi ehtiyac var. Hər bir uğurlu təhsil sistemi innovativ ideyalara, tədqiqatlara, alimlərin tövsiyyələrinə əsaslanmalıdır. Təəssüf ki, hələ də ölkəmizdə təhsilə dair heç bir beyin mərkəzi yoxdur. Səriştəli ekspertlərimiz də çox deyil. Bu vəziyyətdə əsas güc təşəbbüskar təhsil ekspertlərinin üzərinə düşür.
Bəzi ekspertlərimiz təhsilimizi stabil ağır vəziyyətdən çıxarmaq üçün xeyli vaxt itirir, sistematik araşdırmalar aparır, təmənnasız olaraq konkret tövsiyyələr təqdim edirlər.
Belə ekspertlərdən biri də deputat Ceyhun Məmmədovdur.
Son 3 ildə Ceyhun müəllim, təhsilə dair mətbuatda onlarca dəyərli təkliflər vermişdir.
E. Əmrullayev nazir gələn gündən deyir ki, mənə təhsildə keyfiyyəti yüksəltmək üçün təkliflər verin, problemlərdən danışın.
Təbii ki, təklif verən insan təhsildə vəziyyətin təhlilini aparmalı, problemləri göstərməli və onların həlli üçün təkliflərini verməlidir.
Amma ETN verilən təkliflərə dəyər vermək əvəzinə, bəzən təklif verənləri hədəfə alırlar, onların haqqında real olmayan söz söhbətlər tirajlayırlar.
Bu təkliflər üçün ETN xarici konsaltinq şirkətinlərinə müraciət edilsəydi, xeyli pul istəyərdilər yəqin ki, verdikləri tövsiyyələr də heç Lökbatandan bu yana keçməyə layiq olmazdı.
Bu gün peşəkar və vətənpərvər təhsil işçiləri milli təhsili fəlakətli vəziyyətdən çıxarılması yollarını araşdırır, təkliflər verirlər. ETN isə minnətdarlıq etmək əvəzinə öz trollarını işə salır, təklifləri rədd edirlər.
Bu yolla batan təhsili qaldırmaq mümkün deyil.
Bu yolla batan təhsili qaldırmaq mümkün deyil.
"Paralel.az"
Daha ətraflı: