Maştağada yerləşən 1 saylı psixiatriya xəstənanası xəstələrin ölüm düşərgəsinə çevrilib

Maştağada yerləşən 1 saylı psixiatriya xəstənanası xəstələrin ölüm düşərgəsinə çevrilib
 

Azərbaycanda bütün sahələrdə olduğu kimi, xəstə vətəndaşlara tibbi xidmət göstərilməsində də ciddi nöqsanlar, rüşvət, korrupsiya son dərəcə yüksəkdir.

Səhiyyə Nazirliyinin tabeçiliyində olan Maştağada yerləşən 1 saylı psixiatriya xəstənanası xəstələri sağaltmaq, normal həyata qaytarmaq üçün deyil, 5 mindən çox psixi xəstələrin əsil ölüm düşərgəsinə çevrilib.

Xəstələrin qidalanmasına fikir verilmir, qida məhsulları məsul şəxslər tərəfindən oğurlanır, dərmanların xəstələrə deyil, apteklərdə satılması adi hal alıb və lazım olan vacib dərmanların xəstələrə vaxtında verilməməsi, xəstələrin yayın istisində kondisionersiz, qışın soyuğunda istiliksiz, darısqal otaqlarda saxlanması, xəstələrin müxtəlif çöl işlərinə cəlb olunması xəstələrin sağalıb normal həyata qaytarılmasına xidmət etmir, sadəcə psixi xəstələri məhv etmək cəhdidir.

Hazırda Maştağada yerləşən 1 saylı psixiatriya xəstəxanasında 1300-dən çox həkim, tibb işçisi, xadimə və müxtəlif vəzifələri icra edən insan 5 mindən çox psixi xəstəyə xidmət etdiyi təxmin edilir.

Ağahəsən Rəsulovdan sonra baş həkim kürsüsündə 3 aydan çoxdur əyləşən Cəfərov Orxan Rasim oğlu xeyli vaxtdır Maştağa 1 saylı psixiatriya xəstəxanasında həkim kimi çalışmasına baxmayaraq, hələ də, xeyli sayda şöbələrdə müalicə olunan xəstələrin yaşayışı, qidalanması və müalicəsilə qətiyyən maraqlanmır.

Xəstələrin ölüm düşərgəsinə çevrilmiş Maştağada 1 saylı psixiatriya xəstəxanasına Səhiyyə Nazirliyi də nəzarət etmir. Xəstəxanada psixi xəstələrinin birinin dediyi kimi, "ölkədəki sahibsiz itlərə baxılan kimi, biz xəstələrə baxılmır".

Səhhəti normala yaxın xəstələrdən öyrənə bildik ki, xəstələrin əksəriyyətinin pensiya kartlarını onları müalicə edən həkimlər özlərində saxlayırlar. Bu hal xəstəxanada açıq-aşkar hal alıb.

Maştağa 1 saylı psixiatriya xəstəxanasında rüşvət və korrupsiya öz axarı ilə davam edir. Xəstəxanada çalışan həkimlərin bir neçəsi rüşvətxorluğa görə işdən azad olunub istintaqa cəlb olunsalar da, həmin rüşvətxor həkimlər yenidən işə bərpa olunub, "əvvəlki işlərini" davam etdirirlər.

Mirdaməd

 

0.084819078445435