Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı

Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxdı
 

Çinin “LandSpace” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda özəl aerokosmik şirkəti “LandSpace” açıqlama verib.

Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan “Zhuque-2” yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket oldu.
Yanacaq kimi maye metan, oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.

0.01416802406311