"Barselona" 16 yaşlı türk talant üçün hərəkətə keçdi!

 

"Ayntarxt" yetirməsi Kebir Ali Canpolat bir çox Avropa nəhənglərinin hədəfindədir. 

Offsideplus.az "Sky DE" nəşrinə istinadən xəbər verir ki, "Barselona" klubu 16 yaşlı hücumçu ilə yaxından maraqlanır. Kataloniya təmsilçisi türk futbolçunun transferini əsas hədəfə çevirib. 

Sağ cinahda çıxış edən Türkiyə U-17 millisinin üzvünü istəyən klublar arasında "İnter", "Yuventus", "Ayaks", "Liverpul", "Çelsi" və "Arsenal" var. 

 

0.018379926681519