Ərdoğan güclənib, iştirak etmədiyi böhran yoxdur - Qərb mediası

Ərdoğan güclənib, iştirak etmədiyi böhran yoxdur - Qərb mediası
 

Qərb mediası gözümüzün qabağında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətini dəyişir.

Paralel.az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti bu gün onun haqqında məqalə yazıb.

Nəşr qeyd edir ki, Türkiyə prezidenti hər zamankından daha güclü olub.

“Türkiyə prezidentinin (vasitəçi rolunda) iştirak etmədiyi elə bir siyasi böhran yoxdur. O həm Zelenski, həm də Putinlə danışıqlar apara bilər. Ərdoğan NATO-nu İsveçin NATO-ya üzvlük təklifinin təsdiqlənməsini aylarla gözləməyə vadar edir. O, Amerikanın F-16-larını alır və Aİ ilə daha sıx əməkdaşlıq edir”.

Paralel.az

0.018220901489258