Rusiya kəşfiyyatı CIA ilə nədən danışıb?

Rusiya kəşfiyyatı CIA ilə nədən danışıb?
 

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnslə rəhbəri ilə telefon danışığını açıqlayıb.

Paralel.az ” xəbər verir ki, görüş barədə məlumat verən Narışkinin sözlərinə görə, MKİ rəisi ilə telefon danışığı iyunun sonunda baş verib və söhbət zamanı Ukrayna məsələsi müzakirə edilib.

“Biz Ukrayna ilə bağlı düşündüyümüzü və nə edəcəyimizi müzakirə etdik”, - Narışkin qeyd edib.

Qeyd edək ki, iyunun 30-da “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən MKİ direktoru Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə telefonla danışdığı barədə xəbər yazıb. MKİ şefi Börns Narışkinə ABŞ-nin Rusiyadakı “Vaqner” qrupu ilə bağlı heç bir əlaqəsinin  olmadığını bildirib.

Mürtəza
Paralel.az

0.015347957611084