İran bu ölkəyə hərbi müdaxilə edəcək - xəbərdarlıq etdi

İran bu ölkəyə hərbi müdaxilə edəcək - xəbərdarlıq etdi
 

Bağdad “terror qrupları” ilə bağlı öhdəliklərini yerinə yetirməsə, İran İraqı yenidən atəşə tutacaq.

Paralel.az  İran mediasına istinadən xəbər verir ki, müvafiq açıqlamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri verib.

“Sərhədlərimizdə təhlükəsizliyə təhdid yaradan İraqın şimalında silahlı separatçı qruplar fəaliyyət göstərir. Şəhrivər ayına qədər (23 avqust-22 sentyabr) gözləyəcəyik, lakin həmin vaxta qədər adıçəkilən qruplar tərksilah edilməsə, onlara qarşı hərbi əməliyyatı təkrar edəcəyik”, - o bildirib.

İran “terror qrupları” dedikdə, rejimə müxalif qrupları nəzərdə tutur.

Paralel.az  

0.0155930519104