Yeni doğulmuş uşaqlarda ölümlə nəticələnən xəstəlik həyəcanı

Yeni doğulmuş uşaqlarda ölümlə nəticələnən xəstəlik həyəcanı
 

Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, Xorvatiya və İsveçdə yeni doğulmuş körpələrdə exovirus-11 (E-11) halları artıb.

Bu barədə adıçəkilən ölkələrdən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verilib.

Bildirilir ki, may ayında Fransada E-11 infeksiyası səbəbindən yeddi uşaq ölüb, daha ikisinin vəziyyəti ağırdır. İyun ayından etibarən digər Avropa ölkələrində də yoluxma halları müəyyən edilib.

ÜST bununla bağlı təsirə məruz qalan ölkələri yeni yoluxma halları barədə məlumat verməyə, həkimləri isə körpələrdə bu infeksiya növündən şübhə yaranacağı təqdirdə onları enterovirus testindən keçirməyə çağırıb.
Exovirus-11 - müxtəlif yoluxucu xəstəliklərə səbəb olan enteroviruslar qrupuna aiddir. Enterovirus epidemiyaları hər il baş verir. Bir qayda olaraq, xəstəlik yüngül formada davam edir, lakin yenidoğulmuşlarda ağır keçir. Körpələrdə bu, kəskin viral hepatit, sepsis, meningit və qan laxtalanmasında problemlər daxil olmaqla, multisistemli iltihab sindromuna səbəb ola bilər.

0.014397859573364