Navalnı 100 gündür Putinin çıxışına qulaq asır

Navalnı 100 gündür Putinin çıxışına qulaq asır
 

Rusiya müxalifətinin lideri Aleksey Navalnı ona qarşı mənəvi işgəncə üsullarının tətbiq olunduğunu bildirir.

Paralel.az xəbər verir ki, bu barədə o, vəkilləri vasitəsilə sosial şəbəkə hesablarında məlumat yayıb.

Belə ki, Aleksey Navalnıya artıq 100 gündür aramsız olaraq Putinin Federal Məclisdə çıxışı dinlətdirilir. Siyasətçi hər axşam Putinin 21 fevral 2023-cü il tarixli çıxışına qulaq asmağa məcbur qaldığını söyləyib.

Navalnı “müxtəlif Putinləri dinləmək” tələbinə isə belə reaksiya verib: “Bu, prezident tərəfindən 2023-cü ildə Federal Məclis qarşısında yeganə çıxışdır. Deməli, sən bu il ərzində ancaq ona qulaq asmalısan. Növbəti müraciət çıxanda onu dinləyəcəksən”.

Aleksey Navalnı buna görə məhkəməyə müraciət edərək həbsxanada boş vaxtlarında niyə radionun deyil, məhz Putinin çıxışının işə salındığının izah olunmasını xahiş edib. Siyasətçiyə bütün bunların göstəriş əsasında edildiyini bildiriblər.

0.013391971588135