Çin Rusiyanı sanksiyalardan belə yayındırır

Çin Rusiyanı sanksiyalardan belə yayındırır
 

Çin şirkətləri Rusiyaya hər gün on minlərlə dollar dəyərində çip və digər sanksiyaya məruz qalan komponentlər tədarük edir.

"Paralel.az"  xəbər verir ki, Rusiyada həmin sursatları ordu üçün silah istehsal edən firmalar və Qərbin məhdudiyyətləri altında olan müəssisələr qəbul edir.

Məlumatlara əsasən, xüsusi detallar Rusiya Müdafiə Nazirliyinin Xüsusi Dizayn Bürosunun tərəfdaşı olan şirkət tərəfindən alınır. Bu şirkət “Uran” seriyalı robotlar istehsal etməklə məşğuldur. Belə robotlar işğal altındakı Mariupolda görünüb. Müharibənin əvvəlindən dekabr ayına qədər Sankt-Peterburq mərkəzli “İnelso” şirkəti 8 milyon dollar dəyərində komponentlər alıb. Honkonqun “Guangzhou Orientir Limited” şirkəti də bu sahədə xüsusi rol oynayır. Həmin şirkətə uzun illərdir Çində yaşayan Buryatiyadan olan Tuyana Daşıtsironova adlı xanım rəhbərlik edir.

Çinin verdiyi sxemlər “Oktyabr” müdafiə zavodunun da işinə yarayır. Həmin zavod Rusiya ordusu üçün rabitə sistemləri hazırlayan və istehsal edən “Sozvezdie” konserninin tərkibinə daxildir. Onun partnyoru Rusiyaya minlərlə “Texas Instruments” və “Nvidia” çiplərini idxal edən, mərkəzi Tulada yerləşən “EMC-Expert” şirkətidir. “EMC-Expert” hələ də Qərbin sanksiyaları altında deyil.

0.017393827438354