Kreml Türkiyənin İsveçin NATO-ya üzvlük qərarına cavabı gecikməyib

Kreml Türkiyənin İsveçin NATO-ya üzvlük qərarına cavabı gecikməyib
 

Kreml Türkiyənin İsveçin NATO-ya üzvlük qərarına cavabı gecikməyib və artıq ilk reaksiyanı verib. 

Paralel.az ” xəbər verir ki, RF prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Türkiyənin NATO üzvü olduğunu və NATO qarşısında məsuliyyət daşıdığını bildirib. 

“İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin Alyans qarşısında öhdəlikləri var, biz bunlardan xəbərdarıq. Rusiya, fikir ayrılıqlarına baxmayaraq, Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyir”, - Peskov qeyd edib.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə bildirib ki, Moskva Türkiyənin NATO-nun Qərb hərbi-siyasi blokunun üzvü olduğunu heç vaxt unutmayıb. “Biz nəticə çıxarırıq”, - o qeyd edib.

 

0.013953924179077