Avropa xalqlarının yaranması

Avropa xalqlarının yaranması
 

Son zamanlara qədər hominion sinantropları Avropanın qədim sakinləri hesab edirdilər. Lakin arxeoloji qazıntılarda aşkar olunmuş insan qalıqlarının genetik araşdırması 8 min il bundan əvvələ qədər Avropada semit xalqlarının yaşadığını və bu tarixdən etibarən Avropaya turani tayfaların köç etdiyini göstərdi. Yeni eranın əvvəlindən böyük hun köçü sayəsində Avropada türk- turani tayfaların çəkisi xeyli artdı. Bu zaman türklər Avropa əhalisinin təxminən yarısını təşkil edirdilər. Rus dilçi Dmitriy Petrov bu barədə deyir: "Türk dili dünyəvi dil idi və min il bundan əvvəl bütün Avrasiya türkcə danışırdı".


"Xristiyanlıq necə meydana gəldi?" başlıqlı yazımda xristiyanlığın XIII əsrdə meydana gəldiyini və XV-XVI əsrlərdə Avropada yayıldığını qeyd etmişəm. 1534 cü ildə Paris yaxınlığında - Monmartrda İqnati de Loyola Roma Katolik kilsəsinin kişi ruhani ordeni - Yezuitlər ordenini təsis etdi. Bu orden 1540 cı ildə Papa III Pavel tərəfindən təsdiq edildi. Ordenin nümayəndələri fanat katoliklərdən ibarət olub, vəzifələri dünyada katolikliyi yaymaq idi.

1559 cu ildə Papa IV Pavel "Qadağan olunmuş Kitabların İndeksi" haqqında doktrina imzaladı. Doktrinaya görə Ariyanlıq küfr elan edildi, Ariyanlığa aid bütün dini kitabların məhv edilməsinə göstəriş verildi. Bu kitabları oxumaq, əldə tutmaq, hətta onlara toxunmaq belə olmazdı. Sonralar "İndeks"ə edilmiş əlavələr nəticəsində "türk" adını nəinki yazmaq, hətta tələffüz etmək qadağan edildi. Tabe olmayanların cəzası tonqalda yandırılmağa qədər gedib çıxa bilərdi. "İndeksin" icrasına nəzarət etmək üçün İnkvizisiya məhkəmələri yaradıldı. Ona görə də o dövrün müəllifləri türklərdən bəhs edərkən onları vəhşi və bütpərəst adlandırırdılar ki, bu da onlara senzuradan yayınmağa imkan verirdi.

Türklər Ariyanlığa sitayiş edirdilər. Bu inanc Qaraman tayfasından olan isgəndəriyyəli, türk Ari tərəfindən yaradılmış və XVI əsrə qədər Avropada əsas inanc növü olmuşdur.

Yu.N.Drozdov "Avropa tarixinin türkdilli dövrü" əsərində yazır: "Roma Katolik Kilsəsi Qərbi, Mərkəzi, sonra isə Şimali Avropa ərazilərinə fəal şəkildə nüfuz etməyə başladı. Eyni zamanda orada türk dilində təbliğ edilən Ariyanlıq hər yerdə qadağan edildi və azğın təlim elan edildi. Bidətçilər şiddətli təqib və repressiyalara məruz qalırdılar. Türk dili Ariyanlıqla əlaqəli olduğundan yəqin ki, qüdrətli Katolikliyin repressiya qorxusu üzündən bütün türkdilli əhali yerli xalqların dillərinə keçməyə başladı... Eyni dövrdə türk dilində olan bütün kitablar və digər yazılı mənbələr, ehtimal ki, bidətçi kimi məhv edilmişdir. Bütün bu fəaliyyətdə Katolik kilsəsinin əsas aləti, yəqin ki, bunun üçün yaradılmış İnkvizisiya idi."

Son İnkvizisiya məhkəməsi 1834 cü ildə İspaniya Kralı II İzabella tərəfindən ləğv edilənə qədər türklərə və Ariyanlığa qarşı mübarizə davam etdi. İnkvizisiya illərində ən böyük türk qırğınları Kataloniya, Əndəlüs, Bastiliya və Araqonda baş verdi. Türklər zorla xristiyanlaşdırıldı.

İnkvizisiya nəticəsində türklər inanclarını tədricən dəyişsələr də öz dillərində danışmaqda davam edirdilər. Ona görə də Katolik kilsə
Avropada xristianlığın yayılması ilə yanaşı dil problemini də həll etməyə başladı. Bu işlə yezuitlər məşğul oldu.

Yu.N.Drozdov yazır ki, xristianlığın yayıldığı dövrdə Avropada 2250 dən cox xalq və etnik qrup var idi. Bu xalqları böyük toplum halına gətirmək üçün Katolik kilsəsi hər bir ölkə üçün vahid dil- vahid xalq konsepsiyasını həyata keçirməyə başladı. Bu konsepsiyaya görə müxtəlif dildə danışan xalqların dilindən ümumi bir dil yaradılmalı və həmin xalqlar bu dilin ətrafında birləşdirilməli idilər. Bu konsepsiyanın icrasına ilkin olaraq Fransadan başladılar.

1635 ci ildə XIII Lüdovikin vaxtında kardinal Jak Armen Rişelye Fransa Akademiyasını yaratdı. Akademiya qarşısına Fransada yaşayan xalqların dilindən vahid fransız dili yaratmaq və fransız xalqını formalaşdırmaq məqsədi qoymuşdu. Bu prosesə A.Rişelye şəxsən özü nəzarət edirdi.

Bu barədə sovet filoloqu, fransız dili üzrə mütəxəssis S.D.Artamonov 1978 ci ildə "XVII-XVIII əsrlərin xarici ədəbiyyat tarixi" adlı əsərində yazırdı: "Akademiya terminlərin birləşdirilməsinə, dilin nitq ifadəsinə töhfə verdi. Hər şey xalqın nitqinin tədricən dəyişdirilməsinə doğru gedirdi... Akademiya fransız dilinin vahid lüğətini tərtib etməli, sonra onun saflığına və düzgünlüyünə ayıq-sayıq nəzarət etməli idi. İslahatlar nəticəsində fransız dili solğunlaşdı, parlaq, orijinal rənglərini itirdi, lakin, öz növbəsində, gücləndi. Ən ciddi aydınlıq, dəqiqlik və məntiq kəcb etdi".

1694-cü ildə Akademiyada 18.000 sözdən ibarət olan ilk fransız dili lüğəti tərtib edildi. Bu lüğətin ən son- 8 ci nəşri 1935-ci ildə tamamlandı və 35.000 sözdən ibarət idi.

Dilçi Nikolay Qinov (tatar) "Jak Armen Rişelye Fransız ədəbiyyatını necə yaratdı" başlıqlı məqaləsində yazır: "Oxucu yuxarıdakıları oxuyanda... nədənsə ona elə gəlir ki, bundan əvvəl fransızların dili yox idi və onlar danışa, ünsiyyət qura, yaza bilmirdilər: lal idilər və s... və bu problemi ancaq Rişelye həll etdi... Amma səbirsiz oxucumu əmin etmək istəyirəm. Onların dili vardı, yazısı, ədəbiyyatı vardı; nəsri, şeiri və başqa hər şey vardı. Amma! Amma türk dilində.

Budur, qədim türk mənşəli çox gözəl maskalanmış fransız sözləri: pic - zirvə; egare - itirilmiş; jumeler - qoşmaq, bağlamaq; oubli - unutmaq; outre - istisna olmaqla, bundan başqa, kənarda; sage- müdrik, itaətkar; savon - sabun; sarein - aydın, yüngül; seve- şirə, güc; siqnal - siqnal; silence- sükut; slalom - slalom; songe - yuxu, xəyal; songerie - düşüncəlilik, xəyalpərəstlik; soucoupe - nəlbəki; souler - içmək, lehimləmək ...

Amma 'barbarlıqlardan' yaxa qurtarmaq mümkün olmadı: əvvəlcə iki dil var idi, biri danışıq, diğəri isə yazı dili idi."

Akademiya tərəfindən qanuniləşdirilən leksikonun yoxsulluğundan və məhdudiyyətlərindən şikayətlənən yazıçı və müəllim Fransua Fenelon yazırdı: "Dili təmizləməyə çalışarkən, o, məhdudlaşdırıldı və kəsildi... Maro, Amio və Cardinal D'Oss-da tapdığımız köhnə dilin itirilməsinə təəssüflənməliyik: onun bir növ özünəməxsus qısalığı, sadəliyi, cəsarət və ifadəliliyi var idi".

XVII əsr Fransasının dahiləri Jan Rasin, Jan Laforten və yezuitlərin "klermon kolleci"ndə təhsil almış Jan Baptist Poklen (Molyer) fransız dilinin və mədəniyyətinin formalaşmasında böyük rol oynadılar.

Bu, Katolikliyin mərkəzi hesab edilən XVII- XVIII əsrlərin Fransası idi. Bəs bu dövrdə Rusiyada vəziyyət necə idi?

"Rusinlər" üçün Romada ilkin olaraq A.Possevinın rəhbərliyi ilə 1581-ci ildə "Russicum" adlı layihə yaradıldı. Bu layihəyə əsasən yezuitlərin "qalasına" çevrilmiş Polşanın Vilno (indiki Vitebsk, Belorusiya) şəhərində, Papanın leqatı A.Possevinin rəhbərliyi altında "Yunan-Slavyan-Latın" kollecləri yaradıldı.

Bu barədə Nikolay Qinov "Rus dilini kim icad etdi?" adlı məqaləsində yazır: "Birincisi, Lavrenty Zizaniyanın 1596-cı ildə Vilno şəhərində yazdığı "Slavyan-rus qrammatikası" əsəri idi. Lakin latın terminologiyası Moskva müəllimlərinə uyğun gəlmədiyi üçün bu əsər Moskva məktəblərində lazımi yer tapmadı.

Kamenetsdən olan şəhər məmurunun oğlu Meletiy Smotritski 1618-ci ildə Vilnoda "Sloven dilinin düzgün sintaqmasının qrammatikası" adlı əsər yazdı. "Qrammatika" Smotritskinin mövcud dili - proto-bolqar dilini dəyişdirmək üçün Moskovit Rusiyası, moskvalılar üçün xüsusi hazırlanmışdı.

Bu dərslik Moskvada yeganə uyğun dərslik kimi əvvəlcə 1648-ci ildə, sonra isə 1721-ci ildə yenidən nəşr edildi. Rus mədəniyyətinin demək olar ki, bütün xadimləri, o cümlədən V.K.Trediakovski və M.V.Lomonosov bu kitabdan slavyan dilini öyrəndilər.

Bu düzgün sintaqmanın özəlliyi nə idi? Gəlin daha ətraflı təhlil edək, çünki burada pravoslav pedaqoq sirli sözdən - "sintaqma"dan istifadə edirdi.

Təbii ki, bu termin Qərbi Avropa termini sayılır, lakin o, iki türk sözündən əmələ gəlib; "sən" - tərkib hissəsidir və "taq" (təqmə) - bağlamaqdır. Son orta əsrlərdə yaşamış bir moskvalı üçün tamamilə başa düşülən izahat. Çünki o, öz ata-baba yurdunda, tatarca (türkcə) təhsil almışdı".

Tədqiqatçıların qeyd etdiyi kimi bu əsər "anlaşılmaz polyak-rus dilində" yazılmışdır. O dövrdə Moskva əhalisi bu dili -slavyan dilini zəif başa düşürdü, daha doğrusu, heç başa düşmürdü, çünki həmin dövrdə Moskva əhalisi tatarlardan ibarət idi.

1696 cı ildə İngiltərədə yaşayan alman filoloq Heinrich Wilhelm Ludolf latın dilində rus dilinin qrammatikasını - "Grammatica Russica" əsərini yazdı. Beləliklə, yezuitlər moskvalıların danışığını dəyişdirdilər. Növbəti XVIII əsrdə Kiyevdə əvvəl mövcud olan bütün məktublar yeni dilə köçürüldü.

XVIII əsrdə rus dilinin bir cox ləhcəsi var idi. Ləhcələr arasında fərq cox idi. Özünü III Roma elan edən Moskva dilləri də "böyük rus dili"- "velikorusskoye nareçiye" və "kiçik rus dil"- "molorusskoe nareçiye" olmaqla iki yerə bölürdü. Molorossiya termini ilə II Yekaterinanın yeni zəbt etdiyi torpaqların əhalisini - indiki Ukraynanı adlandırırdılar. Ukraynalılara öz dillərində danışmaq qadağan edilmişdi.

F.Q.Karin 1778-ci ildə "Rus dilinin çeviriciləri haqqında məktub"unda yazırdı: "Dilimizlə slavyan dili arasındakı dəhşətli fərq çox vaxt bizə slavyan dilində özümüzü gündəlik söhbətdən başqa ifadə etməyimizə mane olur... Dilimiz slavyan dilinə uyğunlaşdırıldıqdan sonra vəziyyət lap biabırçı oldu".

Elə həmin əsrdə alman əsilli danimarkalı dilçi İohan Xristian Dal II Yekaterinanın dəvəti ilə Rusiyaya gəldi və burada kitabxana işinin təşkili ilə məşgul oldu. O, adını dəyişdirib İvan Matveeviç Dal qoydu. Onun oğlu 1801 ci ildə anadan olan Vladimir İvanoviç Dal nəinki rus vətəndaşı, hətta böyük rus şairi oldu. O, latın, alman, fransız dilləri ilə yanaşı türk, tatar və qazax dillərini də bilirdi. Onun rus dilinin formalaşmasında əvəzsiz xidmətiləri oldu, 1840 cı ildə "Böyük rus dilinin izahlı lüğəti"ni yazdı. Əvvəlcə lüğət qadağan edildi, 1863 və1880 cı illərdə isə yenidən nəşr edildi. Bu lüğətdə V.Dal rus sözlərinə Avropa dillərindən gələn başlanğıc verdi, yəni rus sözlərinin avropa sözlərindən yarandığını "əsaslandırdı". Son nüxsədə isə "böyük rus dilii" sözü "rus dili" sözü ilə əvəzləndi.

Dilçi Qil Nail Faviloviç (başqırd) bu lüğət haqqında yazır: "Luqansk kazakının yanında 'Qədim türk lüğəti' kitabını açanda təəccübləndiyim bir ibadətgah yox idi... Qədim türk mənşəli rus sözləri. Bu nadir elmi əsəri aşağı-yuxarı tədqiq edərək, şok nəticəyə gəldim - belə çıxır ki, antik dövrdə rus dili olmayıb. Bu bir fantomdur. Burada hesab olduqca sadədir: Qərbi Avropa, türk və fin sözlərini bu kitabdan çıxarsaq, kitabda boş səhifələr qalacaq."

1880-ci ildən sonra bu luğət dəfələrlə redaksiyaya məruz qaldı. Lüğəti redaktə edənlərdən biri də Kral VI Lüdovikin nəslindən olan fransız İvan Aleksandroviç Boduin de Kurtene idi. O, XX əsrin əvvəllərində V.İ.Dalın lüğətini tamamladı, Rusiyada tarix və filologiya elmləri magistri və tarix elmləri doktoru oldu.

Bu məlumatlarla tanış olduqda aydın olur ki, hələ XVII əsrdə rus dili olmayıb və burada yaşayan xalqlar fin-uqor və proto- bolqar dillərində danışıblar. Əgər rus dili yox idisə, demək rus xalqı da yox idi. XVIII-XIX əsrlərdə Reç-Pospolitanın ərazisində yaşayan rusinlərin sloven dili avropa, fin-uqor və proto-bolqar dilləri ilə "zənginləşdirilərək" rus dili yaradılmış və yerli fin-uroq və tatarlar/türklər bu dildə danışdıqca tədricən ruslaşmışlar. Proto-bolqar dilini isə sonradan kilsə- slavyan dili adlandırdılar.

Rus ədəbi tənqidçisi və publisisti V.Q.Belinski 1875-ci ildə rus dilinin çətinliyi barədə yazırdı: "Amma bu cür irəliləyiş nəinki hələ hər cəhətdən qundaqda olan gənc rus dili üçün, hətta iki əsr ömrü olan fransız dili üçün də mümkündür... Rus dilində məktublar yazmaq, sadəcə əzabdır, ifadə sərt çıxır, qrammatika və seminariya iyi gəlir, tərcümələr yöndəmsizdir. Əgər rusca qarşılıq tapa bilmirsinizsə fransızca olanı yazın, bu vaxt yaxşı tərcümə alınır".

Beləliklə, XVIII-XIX əsləri rus dilinin və rus xalqının formalaşdığı dövr kimi qəbul edə bilərik.

Bu dövrdə dil problemi Avropanın hər yerində var idi. Xristianlığın yayılması ilə əlaqədar türklər məhv edilir və türk dili tədricən sıradan çıxırılırdı. Bunun əvəzinə isə yeni dillər və təbii ki, yeni xalqlar meydana gəlirdi. İngilis tarixçisi E.Gibbon XVIII əsrdə yunan dilini nəzərdə tutaraq yazırdı: "Bir çox sözləri izah etmək üçün bir lüğət nəşr edildi, burada "barbar" sözlərinə yunanca başlanğıc verdilər". Bu sitatı ilə E. Gibbon dolayısı ilə türk sözlərinin yunanlaşdırılmasını etiraf edir. Belə çıxır ki, yunan dilinin və xalqının formalaşması da bu dövrdə- XVIII-XIX əsrlərdə baş vermişdir.

Türkiyəli tarixçi Ülğən Zəki Ok isə türk sözlərinin yunanlaşdırılması barədə yazır: "Avropadakı bir çox tarixi şəhərlərin, çayların və dağların adları, xüsusən də sonu "-assa, -assos, -anda, -anthos" ilə bitənlər luvi mənşəlidir." Müəllifin sözündən belə başa düşülür ki, bu sonluqları luvi mənşəli yer, çay və dağ adlarına artırmaqla yeni yunan sözləri yaradılmışdır.

Mənbələrdə yeni alman dilinin yaranmasını XVII əsrə aid edirlər. Amma bu işi həyata keçirən elm adamları XVIII- XIX əsrlərdə yaşamışlar. XVIII əsrdə dahi filosoflar Immanuel Kant, Johann Georg Hamann, Gottfried Wilhelm Leibniz və William Shakespeare alman ictimai şüurunun formalaşmasında əvəzsiz rol oynadılar.

Johann Georg Hamann "Hücumçular" ədəbi hərəkatının ideoloqu idi. Qrupun nəzəriyyəçisi Johann Gottfried Herder idi. O, "Dillərin mənşəyi haqqında" traktat yazdı. Gənc alman şairləri onun ətrafında birləşdilər. Bu qrup "Erkən Alman Tarixinin Öyrənilməsi Cəmiyyəti"ni yaratdı. Onların təsiri altında Johann Wolfgang von Goethe, Friedrich Nietzsche, John Stuart Mill kimi dahi filosoflar yetişdi. 1826-cı ildə millətçi- tarixçi Heinrich Duden "Milli tarixin öyrənilməsi haqqında" kursu yazdı.

Avropanın demək olar ki, bütün keçmişini Almaniyanın ətrafında təsvir edən alman tarixçilər nəsli yetişdi. Tarixçi Boron fon Şteyn mənbələr toplusu yaratdı və öz öhdəliyini olduqca sadə şəkildə izah edirdi: "Mən Almaniya tarixinin gedişatını inkişaf etdirmək, onun öyrənilməsini asanlaşdırmaq və bununla da vətənə, cəmiyyətimizə və ulu əcdadlarımıza məhəbbəti gücləndirmək istəyirəm."

A.S.Artamonov bu barədə yazırdı: "Milliyyət anlayışı ilk dəfə almanlarda meydana gəldi. Onlar bədii yaradıcılığın "milli" konsepsiyasını yaratdılar. Bu konsepsiya bəşəriyyətin ən yaxşı oğullarının zehnini mənimsədi."

Müasir alman dilinin formalaşmasında İohan Kristofer Adelunq, Brüder və Vilhelm Qrimm qardaşlarının əvəzsiz xidmətləri oldu. Qrimm qardaşlarının "Alman dili lüğəti" dünya leksioqrafiya tarixinin ən yaxşı əsəri hesab edilir. Lüğətin birinci nəşri 1863, son nəşri isə 1961 ci ildə nəşr edildi. Dilçi alim Konrad Aleksandr Fridrix Düden isə XIX əsrin sonu XX əsrin əvvəllərində müasir alman dilinin qrammatikasını yazdı.

Mənbələrdə yezuit P.Ramusun 1562-ci ildə fransız dilinin qrammatikasını yazdığı qeyd edilir. O, həmçinin yunan və latın dillərinin qrammatikasını da yazdı. Sonrakı əsrdə D.Uollis ingilis dilinin qrammatikasını yazdı. Beləliklə, yezuitlər Avropa xalqlarının dillərinə yeni qramatik qaydalar gətirdilər. Bu qayıdar sonralar dilçilər tərəfindən "flektiv xüsusiyyət" adlandırıldı.

XIX əsrin əvvəllərində dillərin mənşəyini araşdıran alman dilçi alim Fridrix fon Şleqel dilləri quruluşlarına görə iki yerə bölürdü; aglutinativ və flektiv dillər. O, türk dilini aqlütinativ, Avropa dillərini isə flektiv dillər hesab edirdi.

F.Şleğelə görə aqqlütinativ dillərdə sözdüzəltmənin və sözdəyişmənin dominant tipi kimi formantlar (şəkilçilər və ya prefikslər) yalnız bir məna, flektiv dillərdə isə bir necə məna kəsb edir.

Amma flektiv dil kimi rus dilinin türk dillərindən fərqli ondadır ki, türk dillərində sözdüzəldici və sözdəyişdirici şəkilçilər əsasən söz kökünün sonuna, rus dilində isə həm söz kökünün sonuna və həm də əvvəlinə əlavə edilir. Əslində, bu o qədər də böyük fərq deyil. German və slavyan dilləri arasında belə fərqlər coxdur, hələ hind- iran dilləri ilə german və slavyan dilləri arasındakı fərqləri demirəm. Baxmayaraq ki, hind-iran dilləri Avropa dilləri ilə eyni "hind-avropa" dil ailəsinə aid edilir.
Avropalılar türkcəni "barbar" dili kimi təqdim etmək üçün türkcə ilə Avropa dilləri arasında mövcud olan hər bir xırda fərqi şişirdiblər.

Son zamanlar dünyanın bir çox dilçi alimləri Avropalıların dillər haqqında qəbul etdiyi nəzəriyyəni - aqqülütinativ və flektiv bölgünü tənqid etdi, butun dillərin eyni kökdən gəldiyini etiraf etdilər. Məşhur linqvistlərdən danimarkalı H. Pederson, amerikalı A. Bomhard, israilli A. Dolqopolski, rusiyalı B.A. Dıbo və S.A. Starostin hesab edirlər ki, Ural - fin, eston, macar, mordvin, udmurt və s., Altay - türk, monqol, mancur, koreya, yapon və Hind-avropa - hind, iran, german, kelt, slavyan və s. dillərinin kökü eynidir. S.A. Starostinin hesablamalarına görə, bu dillər ümumi mənşəyə sahibdir. Bu dili Nostratik dil adlandırırlar. Ehtimal edilir ki, dillər arasındakı ayrılma təxminən 12.000 il bundan əvvəl baş vermişdir və ümumi əcdad aqqlütinativ quruluşa malik olmuşdur.

Buradan belə nəticə çıxır ki, dillərin flektiv-aqqlütinativ bölgüsü yanlışdır. Bütün dillər eyni kökdən gəlir və təkamül nəticəsində müxtəlif dillər yaranıb. Dillərin qrammatik quruluşlarındakı fərqlər hər bir dilin öz yaranma xüsusiyyətləri ilə əlaqədardır. Onu da nəzərə almaq lazımdır ki, Avropa dillərinin qrammatikasını yezuitlər yazıb.

Beləliklə, yazdıqlarımı ümumiləşdirərək belə nəticəyə gələ bilərik; Avropada xristianlıq yayıldıqca türk irsindən imtina edilmiş, yeni dillər yaradılmış, coxsaylı etniklər bu dillər ətrafında birləşdirilərək yeni Avropa xalqları yaradılmışdır. Bu prosesə yezuitlər rəhbərlik etmişlər.

Müəllif: Qurban Qurbanov

"Paralel.az"

 

0.017329931259155