Abonentlərin sentyabr ayınadək bilməli olduğu vacib məqamlar “Açıq qapı”da açıqlandı

Abonentlərin sentyabr ayınadək bilməli olduğu vacib məqamlar “Açıq qapı”da açıqlandı
 

Abonentlərin cari ilin sentyabr ayınadək bilməli olduğu vacib məqamlar “Açıq qapı”da açıqlandı

"Paralel.az" SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar. İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışarkən bildirib ki, artıq bununla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq cari ilin sentyabr ayından etibarən işlərə start veriləcək. Vətəndaşların təhlükəsizliyinə hesablanan texniki müayinələrin həyata keçirilməsində süni əngəllər törədən abonentlərə isə 5 iş günü ərzində vaxt veriləcək ki, növbəti texniki müayinənin həyata keçirilməsinə şərait yaratsınlar. Əks təqdirdə həmin abonentlərin qaz təchizatı dayandırılacaq.
Aksiyada çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev texniki müayinələr zamanı texniki şərtləri uyğun olmayan abonentlərin qaz təminatının dayandırılmasına aydınlıq gətirib. Qurum rəsmisi bu addımın məzh abonentlərin təhlükəsizliyi baxımından atılacağını bildirib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Ətraflı video materialda: https://youtu.be/pVdo9nSQvrg

0.028881072998047