Ləğv edilmiş “Günay Bank”ın kreditorlarının NƏZƏRİNƏ

Ləğv edilmiş “Günay Bank”ın kreditorlarının NƏZƏRİNƏ
 

İyulun 18-də ləğv prosesində olan “Günay Bank” ASC-nin kreditorlarının kreditor tələblərinin qeydiyyata alınması başa çatacaq.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Bildirilib ki, “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, iyulun 18-nə qədər tələblərin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

“Günay Bank”ın Baş ofisi

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45

Əlaqə: (+994) 941

Qeyd edək ki, bu ilin mayın 18-də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” müflis elan edilib, ƏSF Bankın ləğvedicisi təyin olunub.

0.019109964370728