Dünyanın gözü İstanbulda: Zelenski-Ərdoğan görüşü

Dünyanın gözü İstanbulda: Zelenski-Ərdoğan görüşü
 

Ukrayna Prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün İstanbula səfərə gedir.

Paralel.az ” xəbər verir ki, ölkə başçıları Vahdettin Köşkündə görüşəcək. Təkbətək və nümayəndə heyətləri arasında görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq. Görüşlərin yekunu olaraq Ərdoğan və Zelenski birgə mətbuat konfransı keçirəcək.

 

0.089911937713623