İranın israilli Surkovu qaçırılmasının ŞOK TƏFƏRRÜATLARI

İranın israilli Surkovu qaçırılmasının ŞOK TƏFƏRRÜATLARI
 

İraqda təxminən 4 ay əvvəl iranyönümlü qruplaşmanın üzvləri Rusiya vətəndaşlığı olan israilli qadın Yelizaveta Surkovu qaçırmışdılar.

Paralel.az İsrail mediasına xəbər verir ki, ehtimallara görə, o, İraqda fəaliyyət göstərən iranpərəst “Kataib Hizbullah” qruplaşmasının silahlıları tərəfindən oğurlanıb.

Qeyd olunur ki, oğurlanmasından uzun müddət keçməsinə baxmayaraq, o hələ də sağdır və İraqdadır. Onun azadlığa buraxılması üçün İsrail, ABŞ və Rusiya Federasiyası arasında qeyri-rəsmi danışıqlar aparılır. 

396335

İsrail baş nazirinin dəftərxanasının bəyanatında deyilir:

“Yelizaveta Surkov İsrail və Rusiya vətəndaşıdır, Suriya, İŞİD və Yaxın Şərq üzrə tanınmış ekspertdir, uzun illərdir ABŞ-də yaşayır və işləyir. O öz təşəbbüsü ilə ABŞ-nin Prinston Universitetində doktorluq dissertasiyasını müdafiə edib. Eyni zamanda Rusiya pasportu ilə elmi araşdırmalar aparmaq üçün İraqa gedən alimdir”.

İsrail hökuməti isə Surkovun taleyi və təhlükəsizliyinə görə məsuliyyəti İraq hökumətinin üzərinə qoyub.

Qeyd edək ki, ”Kataib Hizbullah” 2003-cü ildə ABŞ-nin İraqa hücumundan sonra yaradılan İraqın hərbiləşdirilmiş təşkilatıdır. Livanın “Hizbullah” hərbi-siyasi təşkilatı modeli əsasında fəaliyyət göstərir. İranlı general Qasım Süleymaninin rəhbərlik etdiyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Sepah-e-Qods" xüsusi təyinatlılarına birbaşa tabedir. ABŞ onu 2020-ci ildə öldürdükdən sonra İİKK-nin təşkilat üzərində nəzarəti xeyli zəiflədi.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.01743483543396