İkardi karyerasını bu klubda davam etdirmək istəyir

İkardi karyerasını bu klubda davam etdirmək istəyir
 

 Türkiyənin "Qalatasaray" klubunda möhtəşəm mövsüm keçirən Mauro İkardinin gələcək karyerası sual altındadır. 

Offsideplus.az xəbər verir ki, müqavilə ilə aid olduğu PSJ klubuna dönən futbolçu ilə Səuddiyyə Ərəbistanı klubları maraqlanır. "Əl Tavun"un təklifini geri çevirən İkardi ilə "Əl Şabab" yaxından maraqlanır. Ərəb klubu 30 yaşlı hücumçuya 40 milyon avro illik məvacib, PSJ-yə isə argentinalı qarşılığında 20 milyon avro təklif edib. 

Ərəblərin istədiyi İkardinin isə könlü başqa klubdadır. İtaliya mətbuatının yaydığı məlumata görə, Mauro "Milan" klubuna transfer olunmaq istəyir. Lakin A Seriyası nəhənginin transfer siyahısında hücumçunun adı yoxdur. 
Qeyd edək ki, "Qalatasaray" da İkardini yenidən heyətə cəlb etməyin yollarını axtarır.

0.030665874481201