Hökumət Fransaya gələn miqrant axınına nəzarət etməlidir - Le Pen

Hökumət Fransaya gələn miqrant axınına nəzarət etməlidir - Le Pen
 

İfrat sağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen hesab edir ki, ölkədəki iğtişaşlar problemini həll etmək üçün hökumət Fransaya gələn miqrant axınına nəzarət etməlidir.

Paralel.az ” xəbər verir ki, bunu Le Pen Milli Assambleyada (respublika parlamentinin aşağı palatası) çıxışı zamanı deyib.

“Biz ilk növbədə nəzarətsiz immiqrasiyaya son qoymalıyıq. Eyni zamanda cəmiyyətə qarşı çıxan əhalinin müəyyən təbəqələrinin təcrid olunması problemi indi kəskinləşib. Miqrasiya probleminin bu həllindən sonra Fransanın bütün bölgələrinə nəzarəti qaytarmaq lazımdır”, - deyə o bildirib.

Bundan əvvəl “Milli Assosiasiya”nın sədri Cordan Bardella da Fransanın həddən artıq çox miqrant qəbul etdiyini bildirmişdi: “Biz çoxlu sayda immiqrant qəbul etdik, bu da bir çox məhəllələrdə təhlükəsizlik gərginliyinə səbəb olub”.

0.028468132019043