Stoltenberq daha 1 il NATO-ya rəhbərlik edəcək

Stoltenberq daha 1 il NATO-ya rəhbərlik edəcək
 

NATO-nun Baş katibi Yens Stoltenberqin mandatının dördüncü dəfə daha bir il uzadılmasına qərar verilib.

Paralel.az ” xəbər verir ki, bu barədə “TİME” nəşri məlumat yayıb.

Bildirilib ki, müttəfiq ölkələr Stoltenberqin sentyabrın 30-da başa çatacaq mandatının uzadılması ilə bağlı razılığa gəliblər.

Məlumat verilib ki, bu qərar NATO-nun iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək sammitində dövlət və hökumət başçıları tərəfindən təsdiqlənəcək.

Bu qərarla Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun Baş katibi vəzifəsini davam etdirəcək.

 

 

0.016409873962402