ABŞ-də silahlı hücum 4 nəfərin ölümü ilə nəticələndi

ABŞ-də silahlı hücum 4 nəfərin ölümü ilə nəticələndi
 

ABŞ-nin Filadelfiya ştatında silahlı insident baş verib.

Paralel.az CNN-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 uşaq isə yaralanıb.

Polis hadisəni törədən 40 yaşlı şəxsin üzərində gülləkeçirməz jiletin olduğunu və silah-sursatla saxlanıldığını bildirib. Ərazidə tapılan tüfəng və tapançanın da şübhəliyə aid ola biləcəyi söylənilib. 

Bununla yanaşı, yaralanan 2 və 13 yaşlı iki uşağın səhətinin stabil olduğu qeyd edilib.

Polis tərəflər arasında hər hansı bir münasibətin olmadığını açıqlayıb.

Həmçinin sözügedən hücuma silahla qarşılıq verən şəxs də məsuliyyətə cəlb edilib.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.034461975097656