İran ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib

İran ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib
 

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilib.

Paralel.az ” xəbər verir ki, bu barədə ŞƏT sammitinin yekununda qəbul edilən Yeni Dehli Bəyannaməsində deyilir.

Sənəddə üzv dövlətlər İran ŞƏT-ə tamhüquqlu üzv dövlət kimi qəbul edilməsinin tarixi əhəmiyyəti vurğulanıb.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb və ona Rusiya, Hindistan, Çin, Qazaxıstan, İran, Qırğızıstan, Tacikistan, Pakistan və Özbəkistan daxildir. 

Mürtəza
Paralel.az

0.022831916809082