Fərmanın icrası niyə ləng gedir? - dos. İlham Əhmədov
Azərbaycan Respublikası Prezidentinin ETN yaradılması ilə əlaqədar məlum Fərmanının verilməsindən bir il keçir. Fərmana uyğun olaraq, 3 ayın ərzində yeni nazirliyin əsasnaməsi hazır olmalı idi. Amma nazirliyin saytında hələ də 2005-ci ildə hazırlanmış əsasnamə yerləşdirilib.
Bunlar 3 ayda görülməli işi 12 aya da görə bilmirlər, yoxsa Fərmanı icra etmək istəmirlər?
Fərmana görə artıq yeni yaradılacaq 2 agentlik də fəaliyyət göstərməli idi, niyə ləngiyir belə?
150 nəfər menecer 12 ayda 1 əsasnaməni hazırlaya bilmirsə, hansı təhsil islahatı gözləyə bilərik bu qurumdan?
Bu 12 ayda nazirlik hansı əsasnamə üzrə fəaliyyətini qurub, əsasnaməsiz necə işləyib?
Nazirliyin aparatının fəaliyyəti əsasnaməsiz qanuni sayıla bilərmi?
Bu Fərmanın icrası görəsən niyə belə çox ləng gedir?
Nə əcəb RF ETN-nin əsasnaməsini tərcümə edib istifadə etmirlər? Onsuz da, daim belə işləyiblər, hər iş plagiat.
"Paralel.az"