ABŞ-də mindən çox uçuş təxirə salındı

ABŞ-də mindən çox uçuş təxirə salındı
 

ABŞ-də Müstəqillik Günü bayramı öncəsi fırtına təhlükəsi səbəbindən yüzlərlə reys təxirə salınıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 1700-dən çox uçuş ləğv edilib, minlərlə insan hava limanlarında qalıb.

Uçuşların ləğvi, hava limanlarının ABŞ tarixində ən çox sərnişin sayına çatdığı həftə sonunun ertəsi günü baş verib. “United Airlines” isə ən çox uçuşu ləğv edən aviaşirkət olub (200-dən çox).

Nəqliyyat katibinin sözlərinə görə, ABŞ səyahətinin bu qədər xaotik olmasının səbəbi, sistem üzərində böyük təzyiq yaradan ağır hava şəraitidir.

Milli Meteorologiya Xidmətindən (NWS) paylaşılan məlumatda ölkənin şimal-şərqində kəskin hava şəraitinin hökm sürəcəyi, cənub bölgələrinin bəzi yerlərində güclü külək, tufan və dolu gözlənildiyi bildirilib.

Xatırladaq ki, ABŞ-nin orta qərb bölgəsində həftə sonu fırtınalı hava səbəbindən 150 mindən çox insan işıqsız qalıb.

Günay

0.013401031494141