Zəlzələ ilə bağlı bu foto saxtadır! - İZAH

Zəlzələ ilə bağlı bu foto saxtadır! - İZAH
 

Azərbaycanda zəlzələ baş verdiyi andan bir neçə dəqiqə sonra sosial şəbəkələrdə yenidən təkanların olacağı ilə bağlı saxta məlumatlar paylaşılır.

Paralel.az  məlumatına görə, yayılan fotoda guya gecə saatlarında yeni dalğaların olacağı bildirilir.

Məsələ ilə bağlı texnobloger Fərid Pərdəşünas da özünü feysbuk hesabında paylaşım edib. O da qeyd edib ki, zəlzələ haqqında yayılan proqnoz fotosu saxtadır:

“Google (Android) belə imkana sahib deyil. Ümumiyyətlə zəlzələnin proqnozunu verən texnologiya yoxdur. Texnologiyalar sadəcə zəlzələdən saniyələr əvvəl yayılan P dalğalarını təyin edərək, bir neçə saniyə öncə xəbərdarlıq edə bilir”.

0.017217874526978