DİN-dən zəlzələ panikası ilə bağlı XƏBƏRDARLIQ

DİN-dən zəlzələ panikası ilə bağlı XƏBƏRDARLIQ
 

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Paralel.az -a DİN-in mətbuat xidmətindən bildirilib.

DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.

0.022221803665161