“Real Madrid” yeni kapitanını təqdim etdi

“Real Madrid” yeni kapitanını təqdim etdi
 

“Real Madrid” 2023/24 mövsümündə kapitanlarını rəsmən təqdim edib.

Yeni mövsümdə komandanın əsas kapitanı müdafiəçi Naço Fernandes olacaq. Luka Modriç isə vitse-kapitan rolunda çıxış edəcək. 3-cü kapitan Dani Karvaxal, 4-cü isə Toni Kroos olacaq.

Xatırladaq ki, 2022/23 mövsümündə Madrid komandasının əsas kapitanı mövsümün sonunda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçən Kərim Benzema idi.
Qeyd edək ki, “Real Madrid” yeni mövsümün ilk oyununu avqustun 13-də keçirəcək. Komanda La Liqanın 1-ci turunda “Atletik”lə qarşılaşacaq.

0.031806945800781