İsveç Xarici İşlər naziri: Quranın yandırılması İsveçin imicini pisləşdirə bilər

İsveç Xarici İşlər naziri: Quranın yandırılması İsveçin imicini pisləşdirə bilər
 

“İsveçdə Qurani-Kərimin yandırılması ölkənin yaxşı imicini pisə doğru dəyişə bilər”.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri İsveçin xarici işlər naziri Tobias Billström deyib.

“İsveç islamofob kimi göstərilməyə davam edərsə, onun yaxşı imici uzunmüddətli perspektivdə pisə doğru dəyişəcək”.

İsveçin öz reputasiyasını xilas etmək üçün mübarizə apardığını qeyd edən Billström, "İsveç İslamofob kimi göstərilməyə davam edərsə, İsveçin yaxşı imici uzun müddətdə daha da pisə doğru dəyişəcək. Bunun İsveçin NATO-ya üzvlüyünün təsdiqi prosesində hansı nəticələrə səbəb olacağını proqnozlaşdırmaq çətin görünür.

Bununla belə, hökumətin də ifadə azadlığını müdafiə etməsi vacibdir", - deyib.

Günay

0.017471075057983