Bu ölkədə bələdiyyə sədri timsahla evləndi – qəribə ənənənin açıqlaması

Bu ölkədə bələdiyyə sədri timsahla evləndi – qəribə ənənənin açıqlaması
 

Meksikanın San Pedro Huamelula bələdiyyə sədri Viktor Hüqo Sosa Qarsiya timsahla evlənib. 

Paralel.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, Qarsiya xalqına şans, bolluq və firavanlıq gətirmək üçün Alisiya Adriana adlı timsah ilə nikaha girib.

1789-cu ildən bəri davam edən ənənə olan toy mərasimində vətəndaşlar timsahla oynayıb, daha sonra bələdiyyə binasında toy mərasimi keçirilib.

Toydan əvvəl timsaha gəlinlik geyindirilib, təhlükəsizlik üçün ağzı bağlandıqdan sonra şəhərin küçələrində parad edilib.

Toy zamanı timsahla evlənməyə razı olub-olmadığı soruşulduqda, Qarsiya "Mən məsuliyyəti qəbul edirəm, çünki bir-birimizi sevirik, önəmli olan budur. Sevgi olmadan evlilik də ola bilməz. Biz bir-birimizi sevirik və mən də razıyam" cavabını verib. 

Qeyd edək ki, San Pedro Huamelula şəhərində 1789-cu ildən bəri davam edən ənənə o zaman düşmən olan iki icmanın barışmasını simvollaşdırır.

Hər il keçirilən bu təmsilçi nikahın şəhər əhalisinə bolluq, əmin-amanlıq və harmoniya gətirəcəyi ümid edilir.

Günay

0.016013145446777