Papadan Quranın yandırılmasına reaksiya: Çox qəzəbləndim

Papadan Quranın yandırılmasına reaksiya: Çox qəzəbləndim
 

Papa Fransisk ötən həftə İsveçin paytaxtı Stokholmda Quranın yandırılaraq cırılmasına və bu hərəkətə icazə verilməsinə münasibət bildirib.

Paralel.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan “Əl İttihad” qəzetinə danışan Vatikan rəhbəri hadisəyə qəzəbləndiyini və ikrah hissi duyduğunu dilə gətirib. 

"Müqəddəs sayılan hər hansı kitaba öz möminlərinə ehtiram olaraq hörmət edilməlidir. Söz azadlığı heç vaxt başqalarını alçaltmaq üçün bəhanə kimi istifadə edilməməlidir, onun inkar edilməsinə və pislənməsinə yol verilməməlidir", - o qeyd edib.

Papa “Əl İttihad” qəzetində bu gün dərc olunan və İtaliya mətbuatında əks olunan müsahibəsində müxtəlif dinlər arasında dialoqun və qardaşlığın əhəmiyyətini də vurğulayıb: “Ya qardaşlıq, ya da düşmənçilik sivilizasiyası olacaq. Gələcəyi birlikdə quracağıq, ya da gələcək olmayacaq”.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.014868974685669