Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 84 miqrantı xilas edib

Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 84 miqrantı xilas edib
 

Çanaqqalanın Ayvacık rayonu sahillərində Yunanıstan Sahil Mühafizəsi əməkdaşları tərəfindən Türkiyə ərazi sularına itələnən 84 miqrant xilas edilərək sahilə çatdırılıb.

Paralel.az ” xəbər verir ki, Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin əməkdaşları Ayvacık sahillərində rezin qayıqlarda miqrantların olduğunu müəyyən edib.

Bölgəyə istiqamətlənən Türkiyənin Şimali Egey Sahil Mühafizə Xidmətinin “KB-20”, “KB-4304” və “TCSG-6” qayıqları ilə Yunan Sahil Mühafizə Komandası tərəfindən Türkiyə ərazi sularına itələnən Əfqanıstan vətəndaşlarından ibarət miqrantlar xilas edilib.

Sahilə çıxarılan 84 nəfər miqrant lazımi prosedurlar tamamlandıqdan sonra Ayvacık Miqrasiya İdarəsinə aparılıb.

Mürtəza
Paralel.az

0.013474941253662