MKİ şefininin Kiyevə gizli və sirli səfəri... - DETALLAR

MKİ şefininin Kiyevə gizli və sirli səfəri... - DETALLAR
 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Bernsin iyun ayının əvvəlində Kiyevə gizli səfəri zamanı Ukrayna rəsmiləri ilə Rusiyanın işğal etdiyi ərazilərin qaytarılması və ilin sonuna qədər Moskva ilə atəşkəs danışıqlarının başlamasını müzakirə edib.

Paralel.az ” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, Burnsun açıqlanmayan səfəri zamanı Prezident Volodimir Zelenski və Ukraynanın yüksəkrütbəli kəşfiyyat rəsmiləri ilə görüşlər keçirib. Bu, münaqişənin kritik anında, Ukrayna qüvvələrinin çoxdan gözlənilən əks-hücumda üstünlük əldə etməyə çalışdığı, lakin Qərbdə təlim keçmiş və təchiz olunmuş hücum briqadalarının əksəriyyətini yerləşdirməyə hələ vaxt tapmadığı bir vaxta təsadüf edir. 

Mətbu orqanı yazır ki, Burns Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri müntəzəm olaraq Ukraynaya səfər edir. 

Onun məqsədi Bayden administrasiyasının Ukraynaya özünü müdafiə etməyə kömək etmək üçün kəşfiyyat məlumatlarını bölüşmək öhdəliyini bir daha təsdiqləmək olub.

Kiyevdə hərbi planları həyata keçirənlər Burns və başqalarını əmin ediblər ki, onlar payıza qədər əhəmiyyətli əraziləri geri almaq, artilleriya və raket sistemlərini Rusiyanın nəzarətində olan Krımın sərhəd xəttinə köçürmək, Ukraynanın şərqinə doğru irəliləmək və daha sonra Moskva ilə danışıqlara başlamaq niyyətindədirlər. 

Ukraynanın bu qədər qısa müddətdə bu planları həyata keçirə bilib-bilməyəcəyi hələlik bəlli deyil. 

Mürtəza
Paralel.az

0.077324867248535