İran XİN rəhbəri Azərbaycana gəlir

İran XİN rəhbəri Azərbaycana gəlir
 

İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycana gedir.

Paralel.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.

Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.

0.03252100944519