Arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin cəzası açıqlandı

Arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin cəzası açıqlandı
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Eşqin Əbilzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib. Daha sonra Eşqin Əbilzadə Ali Məhkəməyə müraciət edib.

Qeyd: Hadisə 2021-ci il Masallı rayonu, Ərkivan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlu və 26 yaşlı həyat yoldaşı Əbilzadə Nərmin Şair qızının yaşadıqları evdə yaralı və huşsuz vəziyyətdə tapılması barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Eşqin Əbilzadə həyat yoldaşına 16 bıçaq zərbəsi vurduqdan sonra özünə də iki bıçaq zərbəsi vurub. Məlum olub ki, Eşqin Əbilzadə həyat yoldaşını körpə uşağına süd verən zaman bıçaqlayıb.

0.021804094314575