Oyun konsoluna görə oğlunu güllələdi

Oyun konsoluna görə oğlunu güllələdi
 

ABŞ-nin Atlanta şəhərində qadın oyun konsolu üstündə mübahisə zamanı oğlunu güllələyib.

34 yaşlı yerli sakinlə 17 yaşlı oğlu arasında mübahisə yaranıb. Bundan sonra o, silahını çıxararaq yeniyetməyə bir neçə dəfə atəş açıb. Oğlan xəstəxanaya aparılıb. Qadın isə saxlanılıb.
Qeyd edək ki, 2010-cu ildən bəri qadının adı müxtəlif cinayətlərdə hallanıb. O, sənədlərin saxtalaşdırılması, odlu silahla hücum, silahlı soyğunçuluq, uşaqlara qarşı zorakılıq və s. cinayətlərdə ittiham olunub.(oxu.az)

0.013671159744263