Azərbaycan varlılarına Amerika örnəyi -Elman Eldaroğlu - FOTO

Azərbaycan varlılarına Amerika örnəyi -Elman Eldaroğlu - FOTO
 

Azərbaycan varlılarına Amerika örnəyi

İndiana Universiteti 1820-ci ildən fəaliyyətə başlayıb. Universitetin yerləşdiyi ərazi(kampus) təxminən Bakının bir mikrorayonu boyda olar. Maraqlı orasıdır ki, bu universiteti bitirmiş, sonradan varlanan imkanlı məzunlar hədiyyə olaraq universitet üçün əlavə binalar tikdiriblər və nəticədə hər fakultənin bir-iki binası var. Fərqli zamanlarda tikilən bu binalar sanki eyni dövrdə tikilib. Yəni bir çoxu XIX əsrin memarlıq nümunələri kimi görünür. Və burada hər binanın üzərində onu inşaa etdirmiş adamın adı, soyadı olan lövhə yerləşdirilib.

Deyirəm, bizim universitetləri, məsələn, elə BDU-nu bitirmiş, sonradan kifayət qədər varlanmış zəngin yurddaşlarımız da bu ənənəni yaratsaydılar nə gözəl olardı.
Axı dünya malı dünyada qalacaq...

"Paralel.az"

 

0.015201091766357