2 iyul - Polisin peşə bayramı...

2 iyul - Polisin peşə bayramı...
 

Hər kəsin polisi onun vicdanıdır, polis vicdanı olmayanların qarşısındadır.

ATATÜRK

Taleyim elə gətirib ki, mən 10 il polis sistemində işləmişəm, Bakı Polisinin mətbuat xidmətinə rəhbərlik etmişəm. Çoxlarından fərqli olaraq, sistemi içəridən müşahidə etmişəm, görmüşəm, öyrənmişəm. Polis bizim cəmiyyətin kiçik modelidir, burda yaxşı da, pis də, halal da, haram da var. Amma, bütün cəmiyyətimizdə olduğu kimi, burda da yaxşı kişilər pisləri üstələyir, halal haramdan irəlidədir...

Bizim polisdə diqqətimi cəlb edən və harada yaşamağımdan, çalışmağımdan asılı olmayaraq, ömrüm boyu xatırlayacağım əsas xüsusiyyətlərdən biri də mərdlik, kişilik ənənələrinin qorunması və bu günə kimi saxlanılmasıdır. Bəli, məlum misalda deyilən, “41 - 45-də gedən kişilər”, təmənnasız yaxşılıq edən kişilər polisdə hələ də qalır. Sadəcə olaraq, ad çəkmək istəmirəm, amma “var olun” deyirəm...

AZƏRBAYCAN POLİSİ, BAYRAMINIZ MÜBARƏK OLSUN! QƏLBİNİZ SEVİNCLƏ, SÜFRƏNİZ BƏRƏKƏTLƏ, EVİNİZ SƏADƏTLƏ DOLSUN. ALLAH SİZİ QORUSUN...

Müəllif: Qalib Arif

"Paralel.az"

 

0.015351057052612