İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edib
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi Bakıya səfər edib.
Trend-in əldə etdiyi məlumata görə, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi və onu müşayiət edən işçi heyət Qoşulmama iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.