Avtomobildə olan şəxslər yol kənarında dayananlara atəş açdılar

Avtomobildə olan şəxslər yol kənarında dayananlara atəş açdılar
 

ABŞ-ın Çikaqo şəhərində baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb.

Paralel.az xəbər verir ki, avtomobildə olan şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar.

Polisin bildirdiyinə görə, omba nahiyəsindən güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır. Şəhər polisi faktla bağlı araşdırma aparır.

0.013991117477417