Kanar adaları yaxınlığında gəmi batıb, miqrantlar həlak olub

Kanar adaları yaxınlığında gəmi batıb, miqrantlar həlak olub
 

Ötən gecə göyərtəsində miqrantların olduğu gəmi Kanar adaları yaxınlığında batıb.

Paralel.az xəbər verir ki, Tan-Tan şəhərindən Kanar adalarına istiqamət götürən gəminin batması nəticəsində 3-ü uşaq, 11-i qadın olmaqla, 51 miqrant ölüb.

Gəmidə olan 4 nəfər sağ qalıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, İspaniya Daxili İşlər Nazirliyi bu ilin yanvar-may aylarında Kanar adalarına 4,4 min qeyri-leqal miqrantın gəldiyini açıqlayıb.

0.018898010253906