Yaponiyada güclü yağış insan tələfatına səbəb olub

Yaponiyada güclü yağış insan tələfatına səbəb olub
 

Yaponiyanın qərbində və cənub-qərbdəki Küsü regionunda leysan 1 nəfərin ölümünə səbəb olub.

Paralel.az ” xəbər verir ki, bu barədə “Kyodo” yazıb.

Nəşr həmçinin iki nəfərin itkin düşdüyünü bildirib. Bəzi ərazilərdə bir saat ərzində təxminən 110 mm, Yamaquçidə 48 saat ərzində 332,5 mm yağış yağıb.

Yaponiya Meteorologiya Agentliyi bölgədə yağışların daha az intensivliklə də olsa davam edə biləcəyini qeyd edib.

0.011798143386841