Fars dilində “Namzəd-Namizəd” sözünü türkcə “Aday” sözü ilə əvəz etmək mümkündürmü? 

Fars dilində “Namzəd-Namizəd” sözünü türkcə “Aday” sözü ilə əvəz etmək mümkündürmü? 
 

Millətin kimliyi onun hansı dilə mənsub olması ilə müəyyənləşir.Tarix boyu dilimizə əcnəbi sözlər axınla daxil olmuşdur.Görəsən doğma dilimizin puritasiyası (saflaşdırılması) mümkündürmü?
Qədim Oğuz dillərində olan sinonimlər deyərdim ki, ən inkişaf etmiş xalqların dillərindən daha zəngindir.Qədim Türk tayfaları qohumlaşaraq birləşən zaman dillərdə olan sözlər itməmiş, daha doğrusu biri birinə inteqrassiya edərək, bir məna bildirən söz hər tayfanın dilində saxlanılaraq rəngarəng sinonimlik mənzərəsi yaratmışdır.Məhz bu səbəbdən də dilimizdə bir sözün sinonimini sayı 6-7 sözü keçir.Biz buna dilçi alim Pr.Oruc Musayevin (Türksevər) “İngiliscə-Azərbaycanca Lüğət” kitabında rast gəlirik.Bu lüğət kitabı sanki “Azərbaycan Dilinin Sinonim lüğəti”dir.
Həqiqətən dilimiz bu qədər zəngindirsə, öz sözlərimizin işlənməsinə mane olan nədir?Bu gün bizi xoşlamayan qonşular dünya səviyyəsində tanınan dahilərimizi:Nizami Gəncəvinin, Xəqani Şirvanininin və digər ədib və şairlərin əsərlərinin fars dilində yazılmasını əsas gətirərək onları bizdən kənarlaşdırmaq istəyirlər.Yaxşıki, onların toponimik təxəllüsləri bunun qarşısını ala bilir.
Mövzuya qayıdaq.Bir neçə gün əvvəv mən türkcə “Oy vermək” sözünün etimologiyası barədə səhifəmdə məqalə yazmışdım.Türkcə “Oy” sözünün “hay-səs” sözündən yarandığını açıqlamışdım.Oxucular da müsbət rəy vermişdilər.(Türk oxucular da həmçinin.)
“Aday” sözü də Qədim Oğuz sözüdür.Sözün 1-ci hecası dilimizdə olan “ad”, 2-ci heca “ay” isə “hay” sözündən olub, “səs” sözünün sinonimidir.Söz bütövlükdə “Adın vurğulanması, səslənməsi” mənasına gəlir.Əgər “Aday” sözünə paralelizmdə baxsaq bunun əsaslı olması müqayisəli şəkildə özünü göstərəcəkdir.Latın dilli xalqlarda “Aday” sözü “nominee” kimi işlənir və “nomen – ad” sözündən yaranmadır.Bu gün dilimizdə alternativsiz işlənən “namzəd-namizəd” sözü də fars dilində olan “nam-ad” və “zəd- vurğulanan” sözündəndir.Paralel müqayisə sözlərin fonoloji qaydada açılışının səhihliyini bütün dillərdə tam sübut edir.
P.S. Görəsən dilimizin saflaşması prossesinə (puritasiya) nə vaxt başlayacağıq?Bu gün Türklər beynəlxalq termin olan “kandidat” sözününün əvəzinə öz doğma dillərində olan “Aday” məfhumunu işlədirlər.Biz də “namizəd” sözünün əvəzinə “Aday” sözümüzü işlətsək, görəsən farslar bizə bir söz deyə bilərlər?
Hər bir xalqın dili onun tarixidir.Dili unutmaq tarixi unutmağın vasitəsidir.Arxaikləşdirilmiş sözlərimizi dilimizə qaytarmaq hər bir dilçi alimin müqəddəs borcudur.Hər bir sözümüz varlığımızın yaşıdır və onun təməl daşıdır.Yəni yaşdaşıdır...

Həsən Əliyev

"Paralel.az"

 

0.020076036453247